AFFA İntizam Komitəsi Misli Premyer Liqasının IV turunun iki oyununda baş verənlərə hüquqi qiymət verib. Matc.az xəbər verir ki, “Zirə” – “Şamaxı” görüşündən sonra meydan sahibləri AFFA nümayəndəsinin tələblərinə əməl etmədiyi üçün 2000 manat cərimələnib.

“Səbail” – “Kəpəz” qarşılaşması bitdikdən sonra isə “Kəpəz”in analitiki İlkin Verdiyev KİV nümayəndəsinin çəkiliş aparmasına mane olub, ona fiziki təzyiq göstərməyə cəhd edib. Verdiyevə 2-si şərti olmaqla 5 oyun cəza kəsilib, gəncəlilər 4000 manat cərimə olunub.

Sınaq müddəti 3 ay təyin edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest