İsveç yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk iki turunda Azərbaycan və Estoniya milli komandalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Baş məşqçi Yon Dal Tomasson C liqasının I qrupu çərçivəsində sentyabrın 5-də Bakıda Azərbaycan, 8-də isə Solnada Estoniya komandasına qarşı baş tutacaq matçlara 24 futbolçu dəvət edib.
Qapıçılar: Viktor Yohansson, Kristoffer Nordfeldt, Yakob Videll Zetterström
Müdafiəçilər: Lüdviq Auqustinsson, Aleks Duqlas, Qabriel Qudmundsson, İsak Hien, Emil Krafth, Ken Sema, Karl Starfelt, Linus Vahlqren Eqnell
Yarımmüdafiəçilər və hücumçular: Yasin Ayari, Lukas Berqvall, Yens Kayuste, Entoni Elanqa, Niklas Eliasson, Viktor Qyökeres, Alexander İsak, Deyan Kuluşevski, Huqo Larsson, Sebastian Nanasi, Qustaf Nilsson, Anton Saletros, Mattias Svanberq.
Qeyd edək ki, Azərbaycan - İsveç qarşılaşması sentyabrın 5-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.