28 Avqust 2024, 14:58
FUTBOL
“Sabah”la Macarstanda baş tutmuş qarşılaşmada azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi üzündən “Makkabi”yə 46 750 avro cərimə kəsilib.
Konfrans Liqasının II təsnifat mərhələsində “Sabah”ın rəqibi olmuş "Makkabi" (Hayfa) klubu cərimələnib. Matc.az xəbər verir ki, UEFA İsrail təmsilçisinə sanksiya tətbiq edib.
“Sabah”la Macarstanda baş tutmuş qarşılaşmada azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi üzündən “Makkabi”yə 46 750 avro cərimə kəsilib.
Qeyd edək ki, həmin oyun “Sabah”ın 3:0 hesablı qələbəsi ilə nəticələnmişdi.