28 Avqust 2024, 15:29
FUTBOL
"Mançester Yunayted"in futbolçusu Hannibal Mejbri komandasını dəyişib. Matc.az xəbər verir ki, o, “Bernli” klubuna keçib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hücumameyilli yarımmüdafiəçi 4 illik müqaviləyə qol çəkib. Transferin təzminat qiyməti açıqlanmayıb.
21 yaşlı Mejbri ötən mövsümü icarə əsasında "Sevilya"da keçirib.
Qeyd edək ki, "Bernli" Çempionşipdə çıxış edir.