“Dinamo”nun 3 futbolçusu Bakıda meydana çıxmayacaq.

Zaqreb “Dinamo”su UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün "Qarabağ"la keçirəcəyi cavab oyununa itkilərlə çıxacaq. Matc.az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, “Dinamo”nun 3 futbolçusu Bakıda meydana çıxmayacaq. Söhbət müdafiəçilər Stefan Ristovski, Mauro Perkoviç və Dina Periçdən gedir.

Qeyd edək ki, Tofq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dinamo" oyunu saat 20:45-da start götürəcək. Komandaların Zaqrebdəki ilk matçı "Dinamo"nun 3:0 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest