"Yuventus"un futbolçusu Federiko Kyeza karyerasını İngiltərədə davam etdirəcək. Matc.az xəbər verir ki, italyan yarımmüdafiəçi "Liverpul"a keçmək üzrədi.

Kyeza keçidi tamamlamaq üçün İngiltərəyə yola düşüb. "Liverpul" bu transferə görə “Yuventus”a 13 milyon avro təzminat ödəyəcək. Futbolçu yeni klubu ilə 4 illik müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, Federiko Kyeza “Yuventus”a 2020-ci ildə "Fiorentina"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest