28 Avqust 2024, 17:42
FUTBOL
“Barselona” ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Mark Bernal La Liqanın “Rayo Valyekano” ilə oyununda ağır zədələnib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 17 yaşlı futbolçunun ön çarpaz bağları zədələnib. Bu isə Bernalın bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı anlamına gəlir. Futbolçunun dəqiq sağalma vaxtı tibbi müayinədən sonra dəqiqləşəcək.
Qeyd edək ki, Bernal Kataloniya klubunun yetirməsidi.