Klub azarkeşləri stadiona tez gəlməyə çağırıb.

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində bu gün Zaqreb “Dinamo”su ilə Bakıda keçirəcəyi matçdan öncə azarkeşlərə müraciət edib. Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Klub azarkeşləri stadiona tez gəlməyə çağırıb. Bildirilib ki, Tofiq Bəhramov adına Respublika stadionunun qapıları qarşılaşmanın start fitindən 2 saat əvvəl açılacaq: “Azarkeşlərimizin daha tez gəlib tribunalarda öz yerlərini tutmaları xahiş olunur. Yoxlama nöqtələrində sıxlığı azaltmaq, stadiona daha rahat daxil olmaq, komandamızı isinmə dəqiqələrindən dəstəkləmək üçün stadiona tələsin”.

Qeyd edək ki, “Qarabağ” - “Dinamo” matçı saat 20:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest