28 Avqust 2024, 18:39
FUTBOL
UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün əsas mərhələsində istifadə olunacaq topları təqdim edib.
Matc.az xəbər verir ki, toplar yenilənmiş texnologiya ilə dizayn edilib.
Klassik görünüşdə olan "Adidas" şirkətinin istehsal etdiyi yeni toplar, təkmilləşdirilmiş dəqiqlik və sürüşmə üçün hazırlanmış bir sıra performans texnologiyasına da malikdir.
Qeyd edək ki, toplar Çempionlar Liqasının həm kişilər, həm də qadınlar arasında keçiriləcək oyunlarında istifadə olunacaq.