Fransalı futbolçu Vissam Ben Yedder nəzarətə götürülüb. Matc.az xəbər verir ki, o, sərxoş halda cinsi təcavüz ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq.

Ben-Yedder 2001-ci il təvəllüdlü qadının cinsi təcavüz iddiası ilə çıxış etməsindən sonra polislər tərəfindən saxlanılıb. İddia edilən hadisə ötən həftənin cümə günü axşam saatlarında futbolçunun avtomobilində baş verib. Məhkəmə oktyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, 34 yaşlı Ben Yedder ötən mövsüm “Monako”nun heyətində Fransa çempionatında 16 qol vurub, 3 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest