Millətlər Liqasında Finlandiya ilə keçirilən oyun İngiltərə yığmasının hücumçusu Harri Keyn üçün əlamətdar olub. Matc.az xəbər verir ki, start heyətində meydana çıxan və 2 qol vuran ulduz futbolçu millinin heyətində 100-cü görüşünü keçirib.

Keyn eyni zamanda İngiltərə yığması tarixinin bombardiridi. Onun aktivində 68 qol var. 31 yaşlı forvard həm də millidə 100 matça çatan 10-cu ingilisdi. Bu baxımdan rekordçu 125 oyunla Peter Şiltondu.

Qeyd edək ki, İngiltərə yığması öz meydanında Finlandiya üzərində 2:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest