Bastiya məhkəməsi sabah işə baxacaq. Prokurorluq Sisse üçün şərti bir il həbs və 100 min avro cərimə tələb edir.

Fransa millisinin sabiq hücumçusu Cibril Sisse vergi fırıldaqlarında ittiham olunur. Matc.az xəbər verir ki, keçmiş futbolçu korporativ aktivlərdən sui-istifadədə və mühasibat hesabatlarında qeyri-dəqiqlikdə günahlandırılır.

Bastiya məhkəməsi sabah işə baxacaq. Prokurorluq Sisse üçün şərti bir il həbs və 100 min avro cərimə tələb edir.

Qeyd edək ki, Sisse karyerasını 2021-ci ildə bitirib. O, “Oser”, “Liverpul”, “Marsel”, “Sanderlend”, “Panatinaikos”, “Latsio”, “Kuinz Park Reyncers”, “Əl-Qarafa”, “Kuban” və “Bastiya”da çıxış edib. Hücumçu Fransa millisində 41 matçda 9 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest