13 Sentyabr 2024, 17:16
FUTBOL
Camal Cəfərov yenidən Gəncə təmsilçisində çıxış edəcək.
"Kəpəz" heyətinə daha bir futbolçu qatıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Camal Cəfərov yenidən Gəncə təmsilçisində çıxış edəcək. Gənc yarımmüdafiəçi ötən mövsüm olduğu kimi, "Sabah"dan icarəyə götürülüb.
Cəfərovla icarə müqaviləsi bu mövsümün sonuna kimi imzalanıb.