"Real"ın qapıçısı Andrey Lunin Madrid klubu ilə müqaviləsini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Əvvəlki müqavilənin müddəti 2025-ci ilin iyununda başa çatacaqdı, tərəflərin yeni razılaşması isə 2030-cu ilin yayına qədər qüvvədə olacaq.

Qüyd edək ki, Lunin 2018-ci ilin yayında "Zorya"dan İspaniya klubuna keçib, ardınca "Leqanes", "Valyadolid" və "Ovyedo"ya icarəyə verilib. O, "Real"da 48 oyun keçirib və 51 qol buraxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest