PSJ keçmiş hücumçu Kilian Mbappeyə olan 55 milyon avro borcunu ödəyə bilməsə, transfer qadağası ilə üzləşə bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "L'Équipe" paylaşıb.

Bildirilir ki, Fransa Peşəkar Futbol Liqasının (LFP) Hüquq Komitəsi PSJ-nin Mbappeyə göstərilən məbləği ödəməli olduğuna dair qərar çıxarsa da, klub bunu etmək niyyətində deyil.

LFP PSJ-ni 55 milyon avro ödəməyə məcbur edə bilməz, buna baxmayaraq, Fransa nəhənginə sanksiya tətbiq etmək hüququ var. Bu sanksiyalardan biri transfer qadağası ola bilər.

Daha əvvəl hücumçu PSJ-dən ona 2024-cü ilin aprel, may və iyun ayları üçün maaş və bonuslar verməsini tələb etmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest