"Çelsi"nin hücumçusu David Fofana "Göztəpə"yə keçib

Matc.az xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.

Tərəflər 30 iyun 2025-ci ilə qədər icarə müqaviləsi bağlayıblar. Eyni zamanda, bazar dəyəri 12 milyon avro olaraq qiymətləndirilən 21 yaşlı fil dişlisini "Göztəpə" almaq hüququna sahibdir.

Qeyd edək ki, "Çelsi" onu 1 yanvar 2023-cü ildə Norveçin "Molde" klubundan məhz yuxarıda qeyd edilən məbləğə alıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest