"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
"Şamaxı" Misli Premyer Liqasının VI turunda doğma meydanda"Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Həmişə milli fasilədən sonra oynamaq çətin olur. Sevindim ki, futbolçularım tonusdan düşməyib. Bu gün yaxşı mübarizə apardıq. Oyuna yaxşı başladıq. İlk yarıda ikinci qolu da vura bilərdik. Futbolçularımın çıxışı məni sevindirdi. Azarkeşlərimizə təşəkkür edirəm. Xallarımızın üstünə xal gəldi. Bundan sonra daha çətin olacaq. Növbəti matçlara hazırlaşmaq lazımdır.
- Belajdi Pusi 90 dəqiqə oynamağa hazır deyil?
- Hücumdan ondan çox şey istəyirik. İrəlidə rəqibin müdfiəsini təzyiqdə saxlayır. Vurduğumuz qol da onun mübarizəsinin nəticəsində oldu. Sarı vərəqəsi olduğuna görə ehtiyat etdim. Həm də oyuna yeni nəfəs qatmaq istəyirdik. Belajdi çıxandan sonra 4-5 təhlükəli hücumumuz oldu. Taktiki dəyişiklik idi.
- Komandanız əks-hücumlara çox çıxır, amma sonluq çatmır. Bu, sizi düşünürür?
- Əsas odur ki, hücuma çıxırıq. "Araz-Naxçıvan"la oyunda bu istəyimiz alınmırdı. Amma "Neftçi" və "Zirə" ilə matçlarda yaxşı hücumlarımız olurdu. Rüfət Abbasov son ötürmələrdə daha soyuqqanlı olsaydı, ikinci qolu vura bilərdik. Gənc oyunçudur. Bu cür situasiyaları yaşamalıdır.