15 Sentyabr 2024, 11:28
FUTBOL
Harri Keyn Bundesliqada qol+pas sistemində 50 xal toplayan ən sürətli oyunçudur.
Münhen "Bavariya"sının hücumçusu Harri Keyn Bundesliqada qol+pas sistemində 50 xal toplayan ən sürətli oyunçu oldu. O, bu göstəriciyə 35 oyunda nail olub.
Matc.az xəbər verir ki, bu barədə "OptaFranz" məlumat yayıb.
Əvvəlki rekord 44 oyunla Erlinq Haalada məxsus idi.
Qeyd edək ki, Almaniya çempionatının III turunda "Bavariya" "Holşteyn"i 6:1 hesabı ilə məğlub edib. Bu görüşdə Keyn het-trik edib və bir məhsuldar ötürmə verib.