"Real"ın baş məşqçisi Karlo Ançelotti rekordu yeniləyib.

"Real"ın baş məşqçisi Karlo Ançelotti rekordu yeniləyib.

Matc.az xəbər verir ki, onun rəhbərliyi altında Madrid təmsilçisi La Liqanın 5-ci turunda "Real Sosyedad"a qalib gəlib.

"Kral klubu" sonuncu dəfə yanvarda Kral Kubokunda "Atletiko"ya uduzub. O vaxtdan bəri "Real" 32 matçda məğlub olmayıb. Bu göstərici Karlo Ançelottinin məşqçilik karyerasında ən yaxşı göstəricidir.

Qeyd edək ki, italiyalı mütəxəssisin əvvəlki rekordu 31 oyun olub. Sözügedən rekord "Real"ı (2013/14) çalışdırdığı dönəmdə qeydə alınıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest