"Əl-Nəsr"ın hücumçusu və kapitanı Kriştiano Ronaldo xəstəliyi səbəbindən komandasıyla "Əl-Şorta" ilə AFC Çempionlar Liqası oyununun keçiriləcəyi İraqa gedə bilməyəcək.

Matc.az xəbər verir ki, bu barədə məlumat Səudiyyə klubunun "X" sosial şəbəkəsində paylaşılıb.

"Əl Nəsr"in kapitanı Kriştiano Ronaldo bu gün özünü pis hiss etdi və ona virus infeksiyası diaqnozu qoyuldu. Komandanın həkimi onun istirahətə ehtiyacı olduğunu və evdə qalmalı olduğunu təsdiqləyib. O, komanda ilə İraqa getməyəcək. Kapitanımızın tezliklə sağalmasını arzulayırıq", –açıqlamasında deyilir.

Qeyd edək ki, "Əl-Şorta" - "Əl-Nəsr" matçı sentyabrın 16-da keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest