"Real Sosyedad" azarkeşləri İspaniya La Liqasının 5-ci turunun oyununda (0:2) "Real"ın cinah oyunçusu Vinisius Junioru təhqir ediblər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.

Rəqib azarkeşləri Vinisiusa daha çox "axmaq" deyə qışqırıblar.

Braziliyalı futbolçu 58-ci dəqiqədə penalti zərbəsini vurduqdan sonra barmağını dodaqlarına doğru qaldıraraq, rəqib azarkeşlərə daha düzgün davranmalı olduqlarını göstərib.

Qeyd edək ki, Vinisius cari mövsüm bütün yarışlarda 6 matçda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 180 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest