"Real" müdafiəçisi Dani Karvahalı komandada saxlamaq barədə düşünür.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.

Bildirilir ki, 32 yaşlı müdafiəçinin 2025-ci ilin yayında başa çatacaq müqaviləsi daha bir mövsüm artırılacaq.

Qeyd edək ki, İspaniya millisinin üzvü 2013-cü ildən "Real"da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 422 matçda iştirak edib, 13 qol vurub və 64 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest