"Yuventus"un sabiq yarımmüdafiəçisi Adrien Rabio karyerasını "Marsel"də davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Bildirilir ki, yaxın 48 saat ərzində futbolçu azad agent kimi Fransa komandasına keçəcək. 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Rabio əvvəllər Fransada PSJ və "Tuluza" komandalarında çıxış edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest