“Arsenal” İngiltərə Premyer Liqasının IV turunda “Tottenhem” üzərində səfər qələbəsi qazanıb – 1:0. Matc.az xəbər verir ki, “topçular” əvəzində bir aparıcı futbolçusunu itirib.

Belə ki, yarımmüdafiəçi Bukayo Saka qarşılaşmanın sonlarında zədələnərək əvəzlənib. 86-cı dəqiqədə xəsarət alan London klubunun lideri mübarizəni davam etdirə bilməyib və meydanı tərk edib. Onun zədəsinin durumu tibbi müayinədən sonra müəyyənləşəcək.

Qeyd edək ki, “Arsenal” sentyabrın 19-da Çempionlar Liqasının ilk matçında səfərdə “Atalanta” ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest