İngiltərə Premyer Liqasının IV turunda “Tottenhem”lə keçirilən oyun “Arsenal” üçün əlamətdar olub. Matc.az xəbər verir ki, “topçular” London derbisində 1:0 hesablı səfər qələbəsi qazanıb.

Bu, Mikel Artetanın yetirmələrinin Premyer Liqada ardıcıl 6-cı səfər qələbəsi olub. “Arsenal” bununla 11 illik göstəricini təkrarlayıb. Komanda sonuncu dəfə 2013-cü ilin mart-sentyabr aylarında Arsen Vengerin rəhbərliyi altında ardıcıl 8 səfər qələbəsinə sevinib.

“Arsenal” eyni zamanda 1988-ci ildən bəri ilk dəfə ardıcıl üç dəfə səfərdə “Tottenhem”i üstələyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest