“Barselona” İspaniya La Liqasının V turunda “Jirona”nı 4:1 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, Kataloniya klubu bununla mövsümün startında ardıcıl 5-ci qələbəsini qazanıb.

Hansi Flikin yetirmələri 6 ildən sonra bu uğura imza atıb. “Barsa” sonuncu dəfə 2017-18 mövsümündə ölkə çempionatına ardıcıl 5 qələbə ilə başlamışdı. Həmin vaxt seriya VIII turda kəsilib.

“Barselona” cari mövsüm “Jirona”ya qədər “Valyadolid” (7:0), “Rayo Valyekano” (2:1), “Atletik” (2:1) və “Valensiya”dan (2:1) 3 xal alıb.

Qeyd edək ki, “Barselona” növbəti tur çərçivəsində sentyabrın 22-də “Vilyarreal”la qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest