“Mançester Siti”nin müdafiəçisi Natan Akenin durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola bununla bağlı açıqlama verib.

İspaniyalı mütəxəssisin sözlərinə görə, Niderland yığmasının heyətində sentyabrın 10-da Almaniyaya (2:2) qarşı keçirilən Millətlər Liqası görüşündə zədələnən Ake hələ bir müddət komandaya kömək edə bilməyəcək: “Ake zədəlidi. Düşünürəm ki, onun bərpası beynəlxalq oyunlar üçün növbəti fasiləyə qədər davam edəcək”.

Qeyd edək ki, Natan Ake 2020-ci ilin yayından “Mançester Siti”də çıxış edir. Onun klubu ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest