Toplanış oktyabrın 4-dən 15-dək İspaniyanın Kadiz şəhərində təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır.
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası sentyabrın 25-dən oktyabrın 3-dək Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışı keçəcək. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Millimiz hazırlıq çərçivəsində yoldaşlıq oyunları keçirəcək. Toplanış oktyabrın 4-dən 15-dək İspaniyanın Kadiz şəhərində təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır.
Milli Türkiyəyə bu heyətlə gedəcək:
Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov;
Oyunçular: Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Rüfət Məmmədli, Bayram Bayramlı.
Qeyd edək ki, Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsinin A qrupunda İspaniya, İngiltərə və Gürcüstan yığmaları ilə mübarizə aparacaq.