AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının VI turunda qeydə alınan neqativ hallar hüquqi qiymətini tapıb.

“Araz-Naxçıvan” - “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə Naxçıvan klubu 800 manat cərimə edilib.

“Şamaxı” - “Sumqayıt” matçında ev sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” 700 manat cərimələnib. Görüşdə “Sumqayıt”ın futbolçuları isinmə hərəkətləri zamanı Əsasnamə qaydalarının tələblərini pozduğuna görə “gənclik şəhəri” təmsilçisinə 500 manat cərimə kəsilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest