“Difai” - “Cəbrayıl” matçının 90+4-cü dəqiqəsində “Cəbrayıl”ın futbolçusu Okan Təhməzli ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyunluq cəzalanıb.
AFFA İntizam Komitəsinin iclasında I Liqa, Əvəzedicilər liqası və AFFA-nın aşağı yaş qrupları üzrə liqalarında yaşanan neqativ hallara da baxılıb. Matc.az xəbər verir ki, I Liqada “Difai” - “Cəbrayıl” matçının 90+4-cü dəqiqəsində “Cəbrayıl”ın futbolçusu Okan Təhməzli ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyunluq cəzalanıb, “Cəbrayıl” klubu 50 manat cərimə edilib.
Əvəzedicilər liqasının 6-cı turunun “Zirə-2” - “Neftçi-2” oyununun 1-ci dəqiqəsində “Zirə-2” komandasının futbolçusu Fərid Kələntərov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb, “Zirə-2” komandası 150 manat cərimə edilib.
AFFA U-16 Liqasında keçirilən “Zirə” PFK – “Mübariz” FA oyununda “Zirə” PFK komandasının 9 nömrəli futbolçusu Heydərəli Cavadlının atası qarşılaşma bitdikdən sonra meydana daxil olaraq baş hakimi təhqir etdiyinə görə “Zirə”yə xəbərdarlıq edilib.
AFFA U-16 Liqasında keçirilən “Qarabağ” FK – “ASTA” FK oyununda “ASTA” FK komandasının rəsmisi Rüstəm Əliyev qarşılaşma bitdikdən sonra hakimlər briqadasını təhqir etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılmasına görə 5 oyunluq cəzalandırılıb.
AFFA U-15 Liqasında keçirilən “Turan Tovuz” FK – “Metak” FK oyununda “Turan Tovuz” FK komandasının futbolçuları Nəsimi Alıyev və Məcid Abbasov qarşılaşmanın 78-ci dəqiqəsində rəqibi təhqir etdikləri üçün qırmızı vərəqə ilə cəzalandırılmalarına görə 3 oyunluq sanksiyaya məruz qalıblar.