“Nürnberq”in baş məşqçisi Miroslav Kloze komandanın azərbaycanlı futbolçusu Mahir Emreli ilə bağlı açıqlama verib. Matc.az xəbər verir ki, o, həmyerlimizin 2-ci Bundesliqada mümkün debütü haqda danışıb.

Kloze qeyd edib ki, Mahirin 6-cı turda “Herta” ilə keçiriləcək matçda oynamaq ehtimalı çoxdu: “Emrelinin bu görüşə start heyətində çıxıb-çıxmayacağı ilə bağlı konkret söz deyə bilmərəm. Bəlkə də indiki halda start heyətdə meydana çıxmaq onun üçün tez olar. Amma Mahirin “Herta” ilə matçda ən azı yarım saat oynayacağına əminəm”.

Qeyd edək ki, "Nürnberq" - "Herta" oyunu sentyabrın 21-də reallaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest