AFFA-nın inzibati binasının konfrans zalında qadın məşqçilər üçün UEFA C kateqoriyalı məşqçi kursunun 3-cü mərhələsi keçirilir. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında məlumat yayılıb.

Təlimatçılar İlham Əzizzadə, Xanlar Əliyev və Dəyanət Əliyevin rəhbərlik etdiyi məşğələ sentyabrın 20-dək davam edəcək.

Qeyd edək ki, qadınlar üçün UEFA C kateqoriyalı məşqçi kursunun I mərhələsi avqustda, II mərhələsi isə sentyabrın əvvəlində baş tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest