“Mançester Yunayted”dən ayrılan Antoni Marsyalın yeni klubunun adı rəsmən açıqlanıb. Matc.az xəbər verir ki, fransalı hücumçu karyerasını Yunanıstanda davam etdirəcək.

Belə ki, o, AEK ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında 3 illik müqaviləyə qol çəkilib.

Qeyd edək ki, 2015-2024-cü illərdə “Mançester Yunayted”in formasını geyinən 28 yaşlı forvard Yunanıstan klubuna azad agent kimi keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest