Verdaska mövsümün sonuna kimi "Kəpəz"in şərəfini qoruyacaq.

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Gəncə klubu portuqaliyalı oyunçu Dioqo Verdaska ilə anlaşıb.

Məlumatı klubun mətbuat xidməti açıqlayıb. Verdaska mövsümün sonuna kimi "Kəpəz"in şərəfini qoruyacaq. O, müdafiəçi mövqeyində çıxış edir.

Qeyd edək ki, 27 yaşlı Verdaskanın son klubu İspaniyada Sequnda təmsilçisi "Mirandes" olub. "Portu"nun yetirməsi olan Dioqo İspaniyada "Real Saraqosa"da, eləcə də "Beytar" (İsrail, Yerüsəlim) və "Şlensk" (Polşa, Vrotslav) klublarında oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest