Braziliya yığmasının keçmiş futbolçusu Leite Adriano vida oyunu keçirmək qərarına gəlib. Matc.az xəbər verir ki, “İnter”in sabiq hücumçusu karyerasını bitirdikdən 8 il sonra vida matçı təşkil etmək həvəsinə düşüb.

42 yaşlı “sambaçı” formasını geyindiyi "Flamenqo" və "İnter" komandaları arasında keçiriləcək oyunda iştirak edəcək. Qarşılaşma dekabrın 15-də gerçəkləşəcək. Adriano oyun ərzində hər iki komandanın formasını geyinəcək.

Qeyd edək ki, Adriano Braziliya yığmasında keçirdiyi 48 oyunda 27 dəfə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest