"Neftçi" PFK ilə idman direktoru Yens Andersson arasında müqaviləyə isveçli mütəxəssisin öz xahişi ilə qarşılıqlı razılıq əsasında xitam verilib.

Matc.az xəbər verir ki, Anderssona 2023-cü ilin sentyabrından "Neftçi"dəki fəaliyyətinə görə təşəkkür edilib.

Bu qərarın komandanın son həftələrdə göstərdiyi nəticələrlə əlaqədar olmadığı bildirilərək, Yens Anderssona gələcək karyerasında uğurlar arzulanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest