Türkiyə Superliqasının VI turu çərçivəsində baş tutacaq "Fənərbaxça" - "Qalatasaray" oyunun hakim təyinatları açıqlanıb.

Matc.az xəbər verir ki, İstanbul derbisini Atilla Karaoğlan idarə edəcək.

Ona yan xətt hakimləri Ceyhun Sesigüzel və Süleyman Özay köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Abdullah Buğra Taşkınsoy yerinə yetirəcək.

"Fənərbaxça" - "Qalatasaray" qarşılaşması 21 sentyabr tarixində Bakı vaxtilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, 5 turdan sonra 15 xal toplayan "Qalatasaray" Superliqada liderdir. 13 xalı olan "Fənərbaxça" isə turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest