Misli Premyer Liqasının VII turunda keçiriləcək "Qarabağ" – "Neftçi" qarşılaşmasının biletləri bu gündən etibarən onlayn şəkildə satışa çıxarılıb.

Matc.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Biletlər bu gün iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də "Azersun Arena"nın kassasında da satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 60 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" qarşılaşması sentyabrın 20-də saat 20:00-da "Azersun Arena"da baş tutacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest