"Milan" klubu "İnter"lə İtaliya çempionatının V tur oyununda məğlub olarsa, baş məşqçi Paula Fonsekanı istefaya göndərə bilər.

Matc.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində jurnalist Mauritsio Pistokki məlumat verib.

Klub rəhbərliyi artıq Massimiliano Alleqri ilə təmasdadır. Fonsekanın qovulacağı halda o, əsas namizəddir. Artıq Alleqri özü də "Milan"a qayıtmağa razılıq verib.

Qeyd edək ki, Fonsekanın rəhbərliyi altında "Milan" beş matçdan yalnız birində qalib gəlib. A Seriyasının turnir cədvəlində "Milan" 5 xalla 10-cu yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest