PSJ Fransa Peşəkar Futbol Liqasının (LFP) Hüquq Komitəsinin Paris klubunun sabiq hücumçusu Kilian Mbappeyə 55 milyon avro maaşın ödənilməsinə dair qərarından apellyasiya şikayəti verib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "RMC Sport" paylaşıb.

Mbappe daha əvvəl LFP Hüquq Komitəsinə müraciət etmişdi. Ötən həftə hər iki tərəflərin iştirakı ilə görüş keçirilib və PSJ-yə 55 milyon avro ödəməyə qərar verilib.

LFP PSJ-ni bu məbləği ödəməyə məcbur edə bilməz. Lakin Fransa klubuna qarşı sanksiyalar tətbiq etmək hüququ var. Bu sanksiyalardan biri transfer qadağası ola bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest