21 Sentyabr 2024, 10:46
FUTBOL
"Qranada" baş məşqçisi Gilyermo Abaskal ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı İspaniya klubunun mətbuat xidməti paylaşıb.
Məqsədi Primeraya qayıtmaq olan "Qranada" bu mövsüm cəmi 1 qələbə qazanıb, 3 heç-heçə edib və 2 dəfə məğlub olub.
Xatırladaq ki, Abaskal bu ilin iyununda "Qranada"ya rəhbərlik etmişdi.