21 Sentyabr 2024, 11:03
FUTBOL
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının Liqa mərhələsinin I turunun son oyununda "Monako"ya məğlubiyyətdən (1:2) sonra bu vəzifədə olarkən ilk dəfə emosiyaların öhdəsindən gələ bilməyib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Football Espana" paylaşıb.
Bildirilir ki, Flik Kataloniya klubunun mətbuat xidmətinin ilkin olaraq ona oyundan sonra iki müsahibədə iştirak etməli olacağı barədə məlumat verib. Lakin alman mütəxəssis bunları tamamladıqdan sonra onun oyunsonrası daha iki müsahibə üçün meydana çıxması lazım olduğu məlum olub.
"Barselona"nın baş məşqçisi mətbuatla əlaqələr departamentinə narazılığını bildirib. Bu, Flikin baş məşqçi postunda klubla bağlı ilk narazılığı olub.