"Barselona"nın və İspaniya millisinin 17 yaşlı cinah oyunçusu Lamin Yamalın nənəsi futbolçunun ailəsinə qarşı təhdidlər aldığını bildirib.

"Barselona"nın və İspaniya millisinin 17 yaşlı cinah oyunçusu Lamin Yamalın nənəsi futbolçunun ailəsinə qarşı təhdidlər aldığını bildirib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sport.es" paylaşıb.

Yamalın nənəsinin dediyinə görə, bir çox insan ailəsinə həsəd aparır. Qadın naməlum şəxslər tərəfindən hədələndiyini bildirib.

Xatırladaq ki, cari mövsümün başlamasına bir neçə gün qalmış Yamalın atası Munir Nazraui bıçaqlanaraq xəstəxanaya yerləşdirilmişdi.

Bu mövsüm Lamin Yamal bütün turnirlərdə altı matçda iştirak edib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 120 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest