21 Sentyabr 2024, 12:10
FUTBOL
AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilib.
AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilib.
Matc.az xəbər verir ki, dörd gün çəkən məşğələlərə təlimatçılar Aslan Kərimov, Osman Rəhimov və Arif Əsədov rəhbərlik ediblər.
Qeyd edək ki, məşqçi kursunun I modulu avqustda keçirilib. III mərhələ 30 sentyabr – 3 oktyabr, IV mərhələ (imtahan həftəsi) isə 4-8 noyabr tarixlərində baş tutacaq.