"Çelsi" qış transfer pəncərəsi zamanı "Barselona"nın 25 yaşlı sağ cinah müdafiəçisi Jül Koundeni transfer etməyi düşünür.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sport.es" paylaşıb.

Bildirilir ki, London klubu Kataloniya təmsilçisinə 60 milyon avro təklif etməyə hazırdır. Futbolçunun özünün də karyerasını "Barselona"da davam etdirmək istədiyi vurğulanır.

Qeyd edək ki, bu mövsüm Kounde bütün yarışlarda altı matçda iştirak edib, bir qol və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 45 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest