Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Nürnberq"in heyətində Almaniya II Bundesliqasında debüt edib.

Matc.az xəbər verir ki, 28 yaşlı hücumçu VI turun "Herta" (Berlin) ilə ev matçının 39-cu dəqiqəsində meydana daxil olub. Forvard zədələnən komanda yoldaşı Benjamin Qolleri əvəzləyib.

Hazırda oyunda ikinci hissə davam edir. Qarşılaşmada qonaq komanda hesabda öndədir - 1:0.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest