21 Sentyabr 2024, 17:08
FUTBOL
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik futbolçuların həddən artıq yüklənmiş təqvimindən danışıb.
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik futbolçuların həddən artıq yüklənmiş təqvimindən danışıb.
Matc.az xəbər verir ki, Sport.es
"UEFA və FİFA oyunçuların daha çox qayğısına qalmalıdır. Üstəlik, oyunlarda yüksək məhsuldarlığı hamı bəyənmir. Oyunların sayını azaltmaq lazımdır".
Daha əvvəl "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri həddən artıq yüklənmiş təqvimə görə oyunçuların tətil etmə ehtimalını dilə gətirmişdi.
Xatırladaq ki, sentyabrın 22-də Flikin komandası İspaniya La Liqasının 6-cı tur matçında "Vilyarreal"la qarşılaşacaq. Oyun Vilyarrealdakı "Ceramica" stadionunda baş tutacaq.