Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Turan Tovuz" Misli Premyer Liqasının 7-ci turunda doğma meydanda "Araz-Naxçıvan"a 1:2 hesabı ilə məğlub olub.

Matc.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün rəqibimiz qələbəyə daha çox layiq idi. Onlarda hamı bir nəfər kimi mübarizə aprırdı. Biz bundan nəticələr çıxarmalıyıq. Paltardəyişmə otağında bu barədə futbolçularıma bildirdim.

- Komanda bu məğlubiyyətdən hansı nəticələri çıxarmalıdır?
- Komada 6 turdur lider idi. Bu da uşaqlara psixoloji yük verə bilərdi. Ona görə də futbolçularım oyunlara daha çox fokuslanmalıdır.

- Millerə qarşı qayda pozuntusu olan epizodu necə şərh edərdiniz? Sizcə, orada qırmızı vərəqə vermək olardı?
- Mənim üçün nəsə demək çətindir. Hakim belə qərar verdi.

- Aleks Souza zədələnib. Hücumda sıxıntı hiss edirsiz?
- Sözsüz ki, Aleksin yoxluğu hiss olunurdu. O, yaradıcı hücumçudur. Amma futbol zədəsiz qaçılmazdır. Bu oyun ən çox narazı qaldığmız matç oldu. Planlaşdırdığmız çox şeyi edə bilmədik. "Araz-Naxçıvan" bizi bir çox komponentdə bizi üstələdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest