Türkiyə Superliqasında VI turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, turun ikinci oyun günündə iki qarşılaşma keçirilib.

İstanbul derbisində "Fənərbaxça" doğma meydanda əzəli rəqibi "Qalatasaray"ı qəbul edib. "Sarı-qırmızılılar" rəqib qapısına 3 dəfə yol tapa bilib. Joze Mourinyonun komandası isə bu qollardan yalnız birinin əvəzini çıxa biliblər.

Günün digər qarşılaşmasında isə "Konyaspor" "Sivasspor"u qəbul edib. Görüşdə hesab açılmayıb.

Qeyd edək ki, Superliqada VI tura 23 sentyabrda yekun vurulacaq.

Türkiyə Superliqası
VI tur
21 sentyabr

"Fənərbaxça" – "Qalatasaray" - 1:3
Qollar:
Ceko, 63 (pen) // Livakoviç, 20 (aq), Mertens, 28, Sara, 60

"Konyaspor" – "Sivasspor" – 0:0

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest