22 Sentyabr 2024, 10:42
FUTBOL
"Real" hücumçusu Kilian Mbappe 21-ci əsrdə La Liqada ardıcıl üç oyunda penalti vuran ikinci Madrid oyunçusu oldu.
"Real" hücumçusu Kilian Mbappe 21-ci əsrdə La Liqada ardıcıl üç oyunda penalti vuran ikinci Madrid oyunçusu oldu.
Matc.az xəbər verir ki, bu barədə "Opta Sport" məlumat yayıb.
Bildirilir ki, bu nailiyyətə daha əvvəl 2022-ci ilin mart-aprel ayları arasında digər fransız hücumçu Kərim Benzema nail olub və o, ardıcıl üç qarşılaşmada penaltidən qol vurub.
Xatırladaq ki, İspaniya La Liqasının 6-cı turunun matçında "Real"ı səfərdə "Espanyol"u 4:1 hesabı ilə məğlub edib. Bu qələbədən sonra Madrid klubu 14 xal toplayıb. Karlo Ançelottinin yetirmələri İspaniya çempionatının cədvəlində ikinci yerdədir.